...

Məhkum alt paltarında narkotik vasitə gizlədirmiş

Hadisə Materials 16 Fevral 2014 09:56 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkum alt paltarında narkotik vasitə gizlədirmiş

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1992-ci il təvəllüdlü, AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Tuncay Vidadi oğlunun üzərinə baxış keçirilib.

Baxış zamanı məhkumun alt paltarında gizlədimiş sellofan bükülüdə çətənə bitkisindən kustar üsulla hazırlanmış xalis çəkisi 6,30 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti