...

Bakıda istintaq təcridxanasının divarında gizli saxlanc aşkar edilib

Hadisə Materials 28 Fevral 2014 18:11 (UTC +04:00)
Bakıda istintaq təcridxanasının divarında gizli saxlanc və orada gizlədilmiş qanunsuz əşyalar aşkar edilib.
Bakıda istintaq təcridxanasının divarında gizli saxlanc aşkar edilib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda istintaq təcridxanasının divarında gizli saxlanc və orada gizlədilmiş qanunsuz əşyalar aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan Ələkbər Dadaş oğlu Dadaşovun saxlandığı kameraya və üzərinə baxış keçirilib.

Baxış zamanı kameranın divarında ovularaq düzəldilmiş gizli saxlanc yerində gizlədilib, daxilində "Nar" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Dadaşov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti