Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/
Paytaxtın Nərimanov rayonunda partlayış baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub. Bina yanğından mühafizə olunub. Yanğın saat 04:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb/