...

Bakıda silahlanmış maskalı quldur dəstəsinin 2 üzvünün digər cinayətlərinin də üstü açılıb

Hadisə Materials 19 Mart 2014 13:14 (UTC +04:00)
Quldurluq etdiklərinə görə tutulmuş 2 şəxsin digər cinayət əməllərinin də üstü açılıb.
Bakıda silahlanmış maskalı quldur dəstəsinin 2 üzvünün digər cinayətlərinin də üstü açılıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Quldurluq etdiklərinə görə tutulmuş 2 şəxsin digər cinayət əməllərinin də üstü açılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, quldurluq etdiklərinə görə 2014-cü ilin martın 14-də tutulmuş Kənan Alıyevin və Tural Əsgərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin avqustun 1-də Bakı şəhər sakinləri Baxşəli Əliyevə məxsus "Toyota" markalı avtomobildən içərisində qızıl əşyalar və sənədlər olan çanta, noyabrın 11-də Şövqi Hüseynova məxsus "BMW" markalı avtomobildən 1000 manat pul, bu il yanvarın 12-də Səbinə Ağayevaya məxsus "Toyota" markalı avtomobildən içərisində ətir və geyim əşyaları olan çanta, fevralın 11-də Tural Bağırova məxsus mağazadan ərzaq məhsulları və nəzarət kamerası və fevralın 20-də Sirac Soltanova məxsus mağazadan 500 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Kənan Alıyevin və Tural Əsgərovun başqa cinayətlərdə əllərinin olub-olmamasına dair araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Kənan Alıyev və Tural Əsgərov bir müddət yaxalanmış silahlanmış maskalı quldur dəstəsinin üzvləridirlər.

Belə ki, martın 4-də Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçədə yaşayan Elmira Məmmədovanın evinə açıq qapıdan daxil olmuş maskalı şəxslər onu tapança və xəncərlə hədələyərək 16 min manat pul alıb gediblər.

DİN BCAİ, BMCMİ, Salyan RPŞ, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulublar.

Hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti