Azərbaycan, Bakı, 22 mart /Trend/
Türkiyənin Hakkari vilayətinin Çuxurca rayonunda 2 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, terror təşkilatının 2 üzvü Çuxurca rayonunun Üzümlü kəndindəki hərbi hissəyə gələrək silahları ilə birgə təslim olub.
Terrorçuların işi məhkəməyə göndəriləcək.