...

Xaçmazda itkin düşən məktəbli qızlar tapıldı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Aprel 2014 23:20 (UTC +04:00)
İtkin düşən Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri Tağıyeva Jalə Bəxtiyar qızı və Cəlilova Arzu tapılıb.
Xaçmazda itkin düşən məktəbli qızlar tapıldı (ƏLAVƏ OLUNUB)

Məlumat yenilənib (ilk xəbər saat 22:05-də yayılıb)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İtkin düşən Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri Tağıyeva Jalə Bəxtiyar qızı və Cəlilova Arzu tapılıb.

Bu barədə RTV-yə Xaçmaz rayon Polis Şöbəsindən bildirilib.

Onların başına hər hansı hadisə gəlmədiyi qeyd olunub. Polis Şöbəsindən məktəblilərlə bağlı əlavə məlumat verilməyib. Hazırda araşdırma aparıldığı vurğulanıb.

Xatırladaq ki, Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri, Tağıyeva Jalə Bəxtiyar qızı və Cəlilova Arzu saat 13:00 radələrində dərsdən çıxaraq naməlum istiqamətə gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti