...

Bakıda quldurluq edən dəstə üzvlərindən birini tutmaq mümkün olub

Hadisə Materials 4 Aprel 2014 13:27 (UTC +04:00)
Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslərdən biri saxlanılıb.
Bakıda quldurluq edən dəstə üzvlərindən birini tutmaq mümkün olub

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 3-nə keçən gecə Nəsimi rayonu Cavadxan küçəsində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakini Əliyar Əsgərovu bıçaqla hədələyərək 300 manatını və mobil telefonunu quldurluq yolu ilə alıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin "BMW" markalı avtomobildə hadisə yerindən getmələri müəyyən edilib.

Qeyd edilən avtomobil aprelin 3-də saat 02 radələrində BDYPİ əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunun 24-cü km-də Bakı şəhər sakini Elnur Məmmədov tərəfindən idarə edilərkən saxlanılıb və Nəsimi RPİ-nin əməkdaşlarına təhvil verilib.

E.Məmmədovun verdiyi izahat əsasında hadisəni törədənlərdən biri - Şamaxı rayon sakini Saleh Abuzərov tutulub.

Cinayətin digər iştirakçılarının tutulması üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti