...

Bakıda çoxmərtəbəli binada lift quraşdıran mütəxəssis yıxılaraq zirzəmiyə düşüb

Hadisə Materials 8 Aprel 2014 15:09 (UTC +04:00)
Yeni tikilən binada lift quraşdıran işçi 2-ci mərtəbədən yıxılaraq zirzəmiyə düşüb.
Bakıda çoxmərtəbəli binada lift quraşdıran mütəxəssis yıxılaraq zirzəmiyə düşüb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Yeni tikilən binada lift quraşdıran işçi 2-ci mərtəbədən yıxılaraq zirzəmiyə düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında liftin quraşdırılması üçün şaxtanın 2-ci mərtəbəsində işləyən mütəxəssis yıxılaraq zirzəmiyə düşüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs hadisə nəticəsində ağır bədən xəsarətləri alıb və yerindən tərpənmək iqtidarında olmayıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi zirzəmidən çıxarıb və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Əməliyyat saat 11:50-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti