...

Ukrayna DİN: Slavyanskda xüsusi əməliyyatlar zamanı 5 nəfər öldürülüb

Hadisə Materials 24 Aprel 2014 15:47 (UTC +04:00)
Ukrayna Daxili İşlər və Müdafiə nazirliklərinin bölmələri tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərq hissəsindəki qanunsuz silahlı qruplaşmaların 3 blok-postu dağıdılıb və məhv edilib.
Ukrayna DİN: Slavyanskda xüsusi əməliyyatlar zamanı 5 nəfər öldürülüb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Ukrayna Daxili İşlər və Müdafiə nazirliklərinin bölmələri tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərq hissəsindəki qanunsuz silahlı qruplaşmaların 3 blok-postu dağıdılıb və məhv edilib. Trend-in məlumatına görə, bu barədə UNİAN agentliyi Ukrayna DİN-ə istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, silahlı toqquşmalar zamanı beş terrorçu məhv edilib. Əməliyyat iştirakçıları tərəfdən bir döyüşçü yaralanıb.

Qeyd edək ki, martın əvvəlindən Ukraynanın şərqində federallaşma tərəfdarlarının mitinqləri keçirilir, onlar öz regionlarının statusu haqqında referendum keçirilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti