...

İranın "Cənub Pars" qaz yatağında çalışan fəhlələr qəzaya düşüblər, yaralılar var

Hadisə Materials 30 Aprel 2014 09:27 (UTC +04:00)
İranın "Cənub Pars" qaz yatağında çalışan fəhlələri daşıyan avtobus aşıb, 21 fəhlə yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.
İranın "Cənub Pars" qaz yatağında çalışan fəhlələr qəzaya düşüblər, yaralılar var

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir T.Cəfərov/

İranın "Cənub Pars" qaz yatağında çalışan fəhlələri daşıyan avtobus aşıb, 21 fəhlə yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Trend-in İranın İLNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ötən axşam fəhlələr işdən evə qayıdarkən baş verib.

Avtobus yolun kənarındakı kanala aşıb. Hadisə baş verən zaman avtobusda 32 fəhlə olub. Yaralılar xəstəxanaya çatdırılıblar.

"Cənubi Pars" qaz yatağı İranla Qətər arasında bölünüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti