...

Bakının Mərkəzi Univermağının qarşısında kişi özünü yandırmağa cəhd edib (FOTO)

Hadisə Materials 30 Aprel 2014 12:44 (UTC +04:00)
Bu gün saat 12:30 radələrində Bakıda Mərkəzi Univermağın qarşısında kişi inthara cəhd edib.
Bakının Mərkəzi Univermağının qarşısında kişi özünü yandırmağa cəhd edib  (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Əhmədova/

Bu gün saat 12:30 radələrində Bakıda Mərkəzi Univermağın qarşısında kişi inthara cəhd edib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 35-40 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. Lakin polislərin müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntiharın səbəbləri barədə hələlik məlumat almaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti