...

Canavar İranın Zəncan əyalətində 4 yaşlı uşağı parçalayıb

Hadisə Materials 12 May 2014 13:56 (UTC +04:00)
İranın Zəncan əyalətinin Bizine Rud kəndində canavar kəndə hücum edib və dörd yaşlı uşağı parçalayıb.
Canavar İranın Zəncan əyalətində 4 yaşlı uşağı parçalayıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Cəfərov/

İranın Zəncan əyalətinin Bizine Rud kəndində canavar kəndə hücum edib və dörd yaşlı uşağı parçalayıb. Trend-in məlumatına görə, bu barədə İranın asriran xəbər saytı bu gün məlumat verib.

Məlumata əsasən, canavar uşağı ətraf bağların birinə aparıb və orada parçalayıb. Valideynləri 3 saatlıq axtarışdan sonra uşağın cəsədini tapa biliblər.

İranın asriran saytının məlumatına görə, canavarlar ac olduğu üçün Bizinə Rud kəndə dəfələrlə hücum ediblər və son bir neçə ay ərzində həmin bölgədə daha 5 uşağın ölümünə səbəb olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti