Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/
Qobustan Həbsxanasında istilik borusunda gizli saxlanc yerindən mobil telefon tapılıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında saxlanılan məhkum Ayaz Vahid oğlu Allahverdiyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın istilik borusunda düzəldilmiş gizli saxlanc yerindən daxilində "Azercell" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Ayaz Allahverdiyev Cinayət Məcəlləsinin 234.2; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.