...

KİV: Ukraynalı hərbçilər Slavyanskda atəşə məruz qalıblar, yaralılar var

Hadisə Materials 20 May 2014 11:39 (UTC +04:00)
Slavyanskın yaşayış məhəllələrindən Ukraynanın güc strukturlarının mövqeləri atəşə tutulub, nəticədə 4 hərbçi xəsarət alıb.
KİV: Ukraynalı hərbçilər Slavyanskda atəşə məruz qalıblar, yaralılar var

Azərbaycan, Bakı, 20 may /Trend/

Slavyanskın yaşayış məhəllələrindən Ukraynanın güc strukturlarının mövqeləri atəşə tutulub, nəticədə 4 hərbçi xəsarət alıb. Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı "İnformasiya Müqaviməti" qrupunun üzvü, Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "facebook" səhifəsində yazıb.

O, qeyd edib: "İnformasiya Müqaviməti" qrupunun operativ məlumatına görə, Slavyanskda terrorçular növbəti dəfə minaatanlardan Ukraynanın güc strukturlarının mövqelərini atəşə tutublar. Terrorçular üçün "ənənə" halını almış atəş şəhərin yaşayış məhəllələrindən atılıb".

Onun sözlərinə görə, nəticədə dörd Ukrayna hərbçisi yaralanıb, onlar dərhal vertolyotlarla təxliyyə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti