Azərbaycan, Bakı, 27 may /Trend/
Donetskdə mayın 26-dan 27-nə keçən gecə hərbi əməliyyatlar zamanı 40 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə UNİAN agentliyi Donetskin meri Aleksandr Lukyançenkoya istinadən xəbər verir.
Onun sözlərinə görə, iki dinc sakin və hərbi əməliyyatların 38 iştirakçısı həlak olub. Bu gün səhərə olan məlumata görə, şəhərin müalicə müəssisələrində 31 yaralı var, onlardan dördü mülki şəxsdir.
UNİAN xəbər verir ki, mayın 26-da gecə Sergey Prokofyev adına Donetsk aeroportunun ərazisinə qondarma "Donetsk xalq respublikası"nın yüzə yaxın silahlı nümayəndəsi gələrək aeroportun daxili perimetrini mühafizə edən Ukrayna hərbçilərinin çıxarılmasını tələb ediblər.