...

Bakıda axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 4 İyun 2014 10:53 (UTC +04:00)
Bakıda axtarışda olan 3 nəfər tutulub.
Bakıda axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda axtarışda olan 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsi (BCAİ), Suraxanı Rayon Polis İdarəsi (RPİ) Cinayət-axtarış şöbəsi (CAŞ) və 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 221-ci (xuliqanlıq) maddəsilə axtarışda olan 1988-ci il təvəllüdlü Araz Nəbiyev tutulub.

Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışada olan 1969-cu il təvəllüdlü Qəşəng Məmmədova tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının səyi nəticəsində isə 1992-ci il təvəllüdlü Dilqəm Muradlı tutulub. O, CM-nin 177-ci (oğurluq) maddəsilə axtarışda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti