...

Lənkəranda atanın törətdiyi qəza oğulun ölümü ilə nəticələnib

Hadisə Materials 25 İyun 2014 13:14 (UTC +04:00)
Lənkəran rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Lənkəranda atanın törətdiyi qəza oğulun ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də saat 01 radələrində Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində Masallı rayon sakini Ağaəli Muradov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə A.Muradovun sərnişini - oğlu Rəhim hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti