...

İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr tapılıb

Hadisə Materials 3 İyul 2014 12:18 (UTC +04:00)
İrandan gələn Azərbaycan vətəndaşında tiryək və metamfetamin aşkar olunub.
İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr tapılıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

İrandan gələn Azərbaycan vətəndaşının üzərindən tiryək və metamfetamin aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Elşad Fətullayevin üzərində şəxsi yoxlama keçirilib.

Yoxlama zamanı ondan iki ədəd bağlamada, xalis çəkisi 149,786 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 28,778 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti