...

Bakıda istintaq təcridxanasına çörəyin içində telefon keçirmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 28 İyul 2014 10:55 (UTC +04:00)
Bakıdakı 3 saylı İstintaq təcridxanasına telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda istintaq təcridxanasına çörəyin içində telefon keçirmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıdakı 3 saylı İstintaq təcridxanasına telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şəhriyar Elbrus oğlu Hüseynova dostu Əsgər Fərmayıl oğlu Mehdiyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun gətirdiyi çörəyin içərisindən bir ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, təcridxanada saxlanılan Ş.Hüseynov Cinayət Məcəlləsinin 170.1; 29, 177.2.1; 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti