Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Səba Ağayeva/
Azərbaycanın Ukraynadakı səfirliyi daha əvvəl bu ölkənin bəzi KİV-lərinin Luqanskda azərbaycanlının öldürülməsi haqqında yaydığı məlumatı araşdırır. Bunu Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyinin I katibi Asim Osmanov deyib.
Ukrayna KİV-ləri daha əvvəl məlumat vermişdi ki, Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri, Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərov öldürülüb. Bundan başqa, daha 3 azərbaycanlının güllə yarası aldığı bildirilirdi.
KİV-in məlumatına əsasən, insident dünən axşam saatlarında Luqansk vilayətinin Kamenka kəndinin ətrafında baş verib.