...

Binəqədi rayonunda avtomobil divara çırpıldı, sürücü öldü

Hadisə Materials 23 Avqust 2014 12:24 (UTC +04:00)
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Binəqədi rayonunda avtomobil divara çırpıldı, sürücü öldü

Azərbaycan, Bakı, 23 avqust / Trend, müxbir İlkin İzzət/

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, avqustun 23-də saat 03 radələrində Binəqədi rayonu Natəvan küçəsində Bakı şəhər sakini Hüseyn Bəylərov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb, 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti