Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/
Münaqişə zəminində Qax rayon sakinini daşla vuraraq qətlə yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 28-də Qax rayonunun Qaşqaçay kəndində kənd sakini Aydın Babayev münaqişə zəminində həmkəndlisi Azad Əmrahovu daşla vurub. A.Əmrahov hadisə yerində ölüb.
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev tutulub.