...

Şəmkirdə əmi su üstündə qardaşı oğlunu bıçaqlayıb

Hadisə Materials 1 Sentyabr 2014 10:59 (UTC +04:00)
Bu gecə saat 01:00 radələrində Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.
Şəmkirdə əmi su üstündə qardaşı oğlunu bıçaqlayıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bu gecə saat 01:00 radələrində Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 37 yaşlı Nəriman Meymiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

İlkin məlumata görə, N.Meymiyevi əmisi bıçaqlayıb. Qohumlar arasında qan davasına səbəb kimi su üstündə mübahisə göstərilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti