Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakinini döyərək öldürmüş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da Bakı şəhər sakini Məzahir Novruzov Suraxanı rayonu ərazisində yaşadığı evində ölüb.
Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində M.Novruzovun döyülmə nəticəsində ölməsi müəyyən edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Famil Zamanov tutulub.
Faktla bağlı araşdırma aparılır.