...

Ağcabədidə toyda ölümlə nəticələnən dava düşüb (FOTO)

Hadisə Materials 29 Sentyabr 2014 10:06 (UTC +04:00)
Bazar günü Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var.
Ağcabədidə toyda ölümlə nəticələnən dava düşüb (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bazar günü Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var.

Ağcabədi rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, dava zamanı Məhərrəmov Sənan Əsgər oğlu dörd nəfəri bıçaqlayıb, nəticədə 1993-cü il təvəllüdlü Məmmədov Elnur Mehman oğlu aldığı xəsarətdən dünyasını dəyişib. Digər üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə Trend-ə verilən məlumata görə, sentyabrın 28-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən toy məclisində kənd sakinləri Fərid Məhərrəmzadə, Sənan Məhərrəmov, onun qardaşı Kənan və Bakı şəhər sakini Elnur Məmmədov münaqişə zəminində biri-birilərinə bıçaqla xəsarət yetiriblər.

Onlar xəstəxanaya yerləşdirilib, E.Məmmədov orada ölüb.

Faktla əlaqədar istintaq araşdırmaları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti