...

DİN Bakıda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 9 Oktyabr 2014 13:12 (UTC +04:00)
Oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib.
DİN Bakıda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində "Army" mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılmış, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus "KİA", Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus "Mercedes" markalı avtomobillərə qismən ziyan dəyib, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti