...

Luqansk vilayətində 100-dən çox ukraynalı hərbçi mühasirəyə düşüb

Hadisə Materials 15 Oktyabr 2014 15:33 (UTC +04:00)
Luqansk vilayətində yüzdən artıq ukraynalı hərbçi mühasirəyə düşüb; ölən, yaralanan və əsir düşənlər var.
Luqansk vilayətində 100-dən çox ukraynalı hərbçi mühasirəyə düşüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Luqansk vilayətində yüzdən artıq ukraynalı hərbçi mühasirəyə düşüb; ölən, yaralanan və əsir düşənlər var. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Gennadi Moskal bildirib.

G.Moskal qeyd edib ki, çərşənbə günü səhər "Baxmutki rayonu"ndakı vəziyyət haqqında dəqiq məlumat əldə olunub.

Onun sözlərinə görə, Silahlı Qüvələrin və Milli Qvardiyanın 112 döyüşçüsü mühasirəyə düşüb. Bəzi yaralı və kontuziya almış hərbçilər əsir düşüblər. Onların arasında bir batalyon komandiri də var.

Məlumatda deyilir: "Yaranmış vəziyyəti kritik kimi xarakterizə etmək olar. Məhv edilən zirehli texnika, ölənlərin və yaralıların sayı barədə konkret məlumat yoxdur, çünki ağır texnikadan mütəmadi açılan atəşlə əlaqədar silahlı toqquşmaların getdiyi əraziyə yaxınlaşmaq qeyri-mümkündür".

Bununla yanaşı, G.Moskal təsdiqləyib ki, ATƏT nümayəndələrinin telefonla "Luqansk xalq respublikası"nın rəhbərləri ilə razılığa gəlmək cəhdləri baş tutmayıb. Çünki yerli üsyançılar "xalq respublikası"na tabe olmur və özbaşına hərəkət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti