...

Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb

Hadisə Materials 10 Noyabr 2014 13:07 (UTC +04:00)
Bakının Xətai rayonunda avtomobillə iki piyada vurulub.
Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Xətai rayonunda avtomobillə iki piyada vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 03 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Emil Rüstəmov idarə etdiyi "Subaru" markalı avtomobillə yolu keçən paytaxt sakini Rüstəm Rüstəmovu və 25-30 yaşlı qadını vurub. Qadın hadisə yerində ölüb, R.Rüstəmov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti