...

Rusiyada cibgirliyə görə məhkumluq həyatı yaşamış şəxs bu dəfə Bakıda yaxalanıb

Hadisə Materials 12 Noyabr 2014 12:11 (UTC +04:00)
Rusiyada cibgirliyə görə məhkumluq həyatı yaşamış şəxs bu dəfə Bakıda yaxalanıb.
Rusiyada cibgirliyə görə məhkumluq həyatı yaşamış şəxs bu dəfə Bakıda yaxalanıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Rusiyada cibgirliyə görə məhkumluq həyatı yaşamış şəxs bu dəfə Bakıda yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, noyabrın 8-da cibgirlikdə şübhəli bilinən, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Vüqar Əsədov tutulub. Tutularkən üzərindən 0,890 qram heroin aşkar olunaraq götürülən şübhəli şəxsin ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, o, iyunun 22-də 82 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Aidə Nəsirovanın əl çantasından, oktyabrın 20-də Həsən Əliyev küçəsində Namiq Hüseynovun cibindən naməlum şəraitdə mobil telefonunu gizli yolla oğurlayıb.

Qeyd edək ki, V.Məmmədov əvvəllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq, cibgirlik) ilə məhkum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti