...

Bakıda güclü yanğın olub, 1 nəfər xəsarət alıb

Hadisə Materials 13 Noyabr 2014 00:23 (UTC +04:00)
Bakıda güclü yanğın olub, 1 nəfər xəsarət alıb.
Bakıda güclü yanğın olub, 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bakıda güclü yanğın olub, 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı ev sahibi yanıq xəsarəti ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti