...

Bakıda zirzəmidə huşsuz halda tapılan qoca kişi xəstəxanada ölüb

Hadisə Materials 14 Noyabr 2014 11:01 (UTC +04:00)
Nərimanov rayonunda evin zirzəmisində huşsuz halda tapılan qoca kişi xəstəxanada ölüb.
Bakıda zirzəmidə huşsuz halda tapılan qoca kişi xəstəxanada ölüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Nərimanov rayonunda evin zirzəmisində huşsuz halda tapılan qoca kişi xəstəxanada ölüb.

Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də saat 14:50 radələrində M.Məmmədzadə küçəsi 10 saylı evin zirzəmisində 75-85 yaşlı üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi huşsuz halda aşkar edilib.

Qoca naməlum etiologiyalı komatoz vəziyyət diaqnozu ilə 5 saylı şəhər Kliniki Xəstəxanasına aparılısa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda xəstənin kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti