...

Rusiyadan Azərbaycana keçmək istəyən avtomobildə 300 kiloqrama yaxın nərə balığı müsadirə edilib

Hadisə Materials 2 Dekabr 2014 11:28 (UTC +04:00)
Dağıstanda gömrükçülər Rusiya-Azərbaycan sərhədində nərə cinsindən olan iri həcmdə balıq partiyasını aşkar ediblər. Trend xəbər verir ki, bu barədə RİA “Dağıstan” respublika gömrüyünün mətbuat xidmətinə istinadən məlumat verib
Rusiyadan Azərbaycana keçmək istəyən avtomobildə 300 kiloqrama yaxın nərə balığı müsadirə edilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Dağıstanda gömrükçülər Rusiya-Azərbaycan sərhədində nərə cinsindən olan iri həcmdə balıq partiyasını aşkar ediblər. Trend xəbər verir ki, bu barədə RİA "Dağıstan" respublika gömrüyünün mətbuat xidmətinə istinadən məlumat verib.

Cinayətkarın saxlanması üzrə əməliyyatı Dağıstan gömrüyünün Qaçaqmalçılığın Xüsusi Təhlükəli Növləri ilə Mübarizə şöbəsinin və Kinoloji Xidmətin əməkdaşları birgə həyata keçiriblər.

Məlumatda deyilir: "Məhərrəmkənd gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn RF vətəndaşının idarə etdiyi "Mersedes-Vito" markalı avtomobildə gömrük yoxlaması keçirilərkən avtomobilin salonunda dondurulmuş balıq aşkar edilib. Malın ümumi çəkisi 298,44 kiloqram olub".

Qanunsuz daşınan balıq müsadirə edilib və ekspertizaya göndərilib. Onun nəticələrinə görə, cinayət işinin qaldırılması məsələsi həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti