...

Baş Prokurorluq: Şabranda yol qəzasında piyadanın ölməsi ilə əlaqədar cinayət işi başlanıb

Hadisə Materials 4 Dekabr 2014 11:18 (UTC +04:00)
Şabran şəhərində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.
Baş Prokurorluq: Şabranda yol qəzasında piyadanın ölməsi ilə əlaqədar cinayət işi başlanıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/

Şabran şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi "Mercedes Benz-E320" markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti