...

DİN: Xırdalanda fabrikdə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 7 Yanvar 2015 13:38 (UTC +04:00)
Xırdalan şəhərində yerləşən fabrikin qazanxanasındakı qazan partlayıb.
DİN: Xırdalanda fabrikdə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Xırdalan şəhərində yerləşən fabrikin qazanxanasındakı qazan partlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da saat 12 radələrində Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb. İlkin məlumatlara əsasən, partlayışa səbəb buxarın normadan artıq yığılması olub.

Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti