...

Avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Hadisə Materials 14 Yanvar 2015 13:12 (UTC +04:00)
Mingəçevirdə avtomobil avtoyuma məntəqəsindən qaçırılıb.
Avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Mingəçevirdə avtomobil avtoyuma məntəqəsindən qaçırılıb.

Mingəçevir şəhər Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də Mingəçevir şəhəri Rsəul Rza küçəsində yerləşən avtoyuma məntəqəsində Yevlax rayon sakini Süleyman Məmmədova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Mingəçevir şəhər sakini Təbriz Eyvazov Yevlax rayonu ərazisində yaxalanaraq Mingəçevir polisinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti