...

Sumqayıtda sexdə partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 16 Yanvar 2015 20:52 (UTC +04:00)
Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.
Sumqayıtda sexdə partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Sexdə dayanmış "Hyundai" və "Mitsubishi" markalı minik avtomobilləri dağıntı altında qalıb.

Yanğınla nəticələnən partlayış zamanı sexin yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti