...

DİN Naxçıvanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 3 Fevral 2015 12:52 (UTC +04:00)
Naxçıvanda baş verən yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
DİN Naxçıvanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/

Naxçıvanda baş verən yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi "TOFAŞ" və Natiq Əliyevin idarə etdiyi "AzSamand" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, eləcə də S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Naxçıvan Muxtar Respublikası DİN DYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti