...

Nəqliyyat Departamentinə məxsus avadanlıqları oğurlayan şəxs tutulub

Hadisə Materials 13 Fevral 2015 12:24 (UTC +04:00)
R.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Nəqliyyat Departamentinə məxsus avadanlıqları oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Nəqliyyat Departamentinə məxsus avadanlıqları oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin oktyabrın 15-də saat 13:30 radələrində, Qobustan qəsəbəsi ərazisində yerləşən Nəqliyyat Departamentinə məxsus Tərəzi Nəzarət Məntəqəsindən pəncərəni sındırmaqla çoxsaylı məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəşid Məmmədov tutulub.

R.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti