Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda binanın içərisində insan yaşayan zirzəmini su basıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub.
Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas ediblər.