Azərbaycan, Bakı, 20 aprel /Trend/
5 yaşlı Şəmkir sakinini ilan sancıb. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən gün Şəmkir rayonunun Sarıtəpə kənd sakini 5 yaşlı Bahar İbrahimli bədbəxt hadisə ilə üzləşib.
Onu yaşadıqları evin yaxınlığında ilan sancıb. Uşaq dərhal yaxınları tərəfindən Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb.
İlan zəhərinə qarşı zərdab vurulan uşağın vəziyyəti hazırda orta ağırdır. Həkimlər müalicəni davam etdirir.