Azərbaycan, Bakı, 6 iyun /Trend/
Bakı şəhəri, Sabunçu rayonunda sahibi məlum olmayan "BMW" markalı minik avtomabilində yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobilin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.