Azərbaycan, Bakı, 17 iyun /Trend/
Tbilisi zooparkı yaxınlığında pələng insanı parçalayıb. Pələngin daşqın zamanı qaçmış vəhşi heyvanlardan biri olduğu bildirilir.
Trend-in "Sputnik"ə istinadən verdiyi məlumata əsasən, Gürcüstan Daxili işlər Nazirliyi insidentin baş verdiyini təsdiqləyib.
Məlumata görə, pələng zərərsizləşdirilib. Pələngin daşqın günündən indiyədək zooparkın anbarında gizləndiyi deyilir.