...

Kürdəmir rayonunda 27 ton ot yanıb

Hadisə Materials 27 İyun 2015 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Kürdəmir rayonunda 50 ton ot bağlamasının 27 tonu yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qarasaqqallı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 50 ton ot bağlamasının 27 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti