Azərbaycan, Bakı, 6 iyun /Trend/
Yerevanın mərkəzində atışma baş verib.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, bu barədə xəbər yerli vaxtla saat 13:20 radələrində polisə daxil olub.
Atışma nəticəsində 56 yaşlı Vaqinak Asoyan adlı şəxs güllə yarasından ölüb.