Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 8-i saat 13 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Anar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yolayrıcına vurub.
Nəticədə A.Məmmədovun sərnişinlərindən G.Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişin F.Səlimova isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.