...

Bakıda 50 avtomobil oğurlanıb

Hadisə Materials 14 İyul 2015 17:11 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində Bakıda nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması ilə əlaqədar 50 fakt qeydə alınıb.
Bakıda 50 avtomobil oğurlanıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Bu ilin ilk 6 ayı ərzində Bakıda nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması ilə əlaqədar 50 fakt qeydə alınıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 36 nəqliyyat vasitəsi tapılaraq sahiblərinə qaytarılıb, 14 nəqliyyat vasitəsinin axtarışı isə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti