Azərbaycan, Bakı, 27 iyul /Trend/
Sabunçuda ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 58 kv.m sahədə, bitişik ümumi sahəsi 4 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və digər vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli evin 1 otağında pəncərə çərçivəsi, kondisioner və televizor yanıb.
Evin qalan hissəsi və qonşu ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.