...

Azərbaycanda ötən gün 67 cinayət hadisəsi baş verib

Hadisə Materials 15 Avqust 2015 14:23 (UTC +04:00)
Azərbaycanda ötən gün ərzində 67 cinayət faktı qeydə alınıb.
Azərbaycanda ötən gün 67 cinayət hadisəsi baş verib

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanda ötən gün ərzində 67 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cinayət faktlarının 21-i "isti izlər"lə açılıb.

Verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında isə 2 yol-nəqliyyat hadisəsinin baş verdiyi bildirilir. Qeyd olunur ki, hadisələrdə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Məlumatda eyni zamanda, cinayət əməlləri törədən 31 nəfərin isə tutulduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti