Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/
Mingəçevir su anbarında meyit tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Mingəçevir su anbarının Yevlax rayonundakı hissəsində rayon sakini Yaşar Şirinovun suda boğulmuş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.