Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-də Xətai rayonu Babək prospekti ev 11-in damında Bakı şəhər sakini Tofiq Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.